Goranboylu müəllimlər Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
ATİAHİ Goranboy rayon komitəsinin təşkilatçılığı ilə rayonun Qazanbulaq qəsəbə tam orta məktəbinin pedaqoji kollektivi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bakı şəhərinə səfər edərək Fəxri xiyabanda məzarını ziyarət ediblər. Müəllimlər Ulu Öndərin məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla anaraq ruhuna dualar oxuyublar.

Sonra ziyarətçilər Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub əziz xatirəsini yad ediblər. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
336781074_944993183204914_7738680545900798217_n.jpg 216.91 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo