Goranboylu məktəbli təhsildə qazandığı uğura görə mükafatlandırılıb

Goranboy rayon Qırıxlı kənd tam orta məktəbin X sinif şagirdi Sənan Qocayev Respublika fənn olimpiadasında tarix fənni üzrə 2-ci yerə layiq görülərək gümüş medal qazanıb.
ATİAHİ Goranboy rayon komitəsi bununla əlaqədar şagirdi təbrik edib və qiymətli hədiyyələr verib.
Həmçinin həmin məktəbin direktoru Taleh Mahmudov və tarix müəllimi Xəyalə Əmrahlı rayon komitəsinin Fəxri fərmanı ilə təltif olunub.
UAFA təşkilatının Goranboy rayonundakı mərkəzində rayon komitəsinin sədri xüsusi qayğıya ehtiyacı olan müxtəlif diaqnozlu uşalarla görüşdə iştirak edərək onlara xoş sözlərini çatdırıb və hədiyyələr təqdim edib.
Həmçinin şəhər 2 №-li məktəbin müəllimi Rəsmiyyə Məmmədova mütəmadi olaraq həmin mərkəzin xüsusi qayğıya ehtiyacı olan uşaqlara maddi və mənəvi dəstək göstərdiyinə görə, komitə tərəfindən Fəxri fərmanla təltif edilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo