Goranboydan olan müəllimlər Qəbələdə dincəliblər


ATİAHİ Goranboy rayon komitəsi rayonun R.İbrahimov adına Veyisli kənd tam orta məktəbinin bir qrup işçisinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün  Qəbələ şəhərinə səfərlərini təşkil edib.

Tur iştirakçıları Qəbələ şəhərinin görməli yerlərini gəzərək təbiət qoynunda dincəliblər.

Həmçinin rayonun tarixi-mədəni abidələrinə baş çəkilib təyinatı öyrənilib. Müəllimlər həm də yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər. İştirakçılar onların istirahəti üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo