Goranboy rayonunda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir keçirilib. ATİAHİ Goranboy rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər 3 №-li tam orta məktəbin həmkarlar ittifaqı təşkilatının sədri Əli Qarayev çıxış edərək qeyd edib ki, son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Müharibədə iştirak etmiş veteran müəllimlər keçdikləri döyüş yolundan danışıblar.
Sonda ATİAHİ Goranboy rayon komitəsi tərəfindən şəhid ailələrinə, qazilərə, veteranlara sovqatlar verilib.