Goranboyda şəhidlərin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib


Goranboy rayonunun ümumtəhsil müəssisələri arasında şəhidlərin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Məktəblərin şahmat müəllimlərinin iştirak etdiyi yarış olimpiya sistemi üzrə təşkil olunub.

Açılış mərasimində şəhidlərimizin göstərdikləri rəşadətdən, onların Zəfərə gedən yolundan, Vətənə olan sədaqətlərindən danışılıb. Bildirilib ki, xalqımız heç zaman şəhid olmuş qəhrəman oğul və qızlarını heç vaxt unutmayacaq, əziz xatirələrini dərin ehtiramla yad edəcək.

Maraqlı və gərgin keçən yarışmanın qalibləri ATİAHİ Goranboy rayon komitəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo