Goranboyda şəhid ailələrinə sovqat paylanılıb
ATİAHİ Goranboy rayon komitəsinin təşkilatçılığı ilə Birinci Qararabağ müharibəsində və Vətən müharibəsində şəhid olmuş 41 təhsil işçisinin ailəsinə baş çəkilib. 
Şəhid ailələrinə qarşıdan gələn Novruz bayramı münasibətilə bayram sovqatları paylanılıb.
 Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya, mənəvi dəstəyə görə, ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, tədbir çərçivəsində həmçinin 2 qaziyə və 5 Çernobıl əlilinin ailəsinə də baş çəkilib, sovqatlar təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo