Goranboyda şahmat turniri keçirilib
 Sentyabrın 23-24-də Göranboy rayonunda şəhidlərimizin xatirəsinə həsr olunmuş şahmat yarışı keçirilib.

Goranboy Şəhər Şahmat məktəbində baş tutan turnirdə rayonun ümumtəhsil məktəblərinin şahmat müəllimləri mübarizə aparıblar. Yarış olimpiya sistemi üzrə keçirilib.

Gərgin və maraqlı keçən yarışmada I, II, III yeri tutmuş müəllimlər ATİAHİ Goranboy rayon komitəsi tərəfindən Fəxri fərman və qiymətli  hədiyyələrlə mükafatlandırılıb.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo