Goranboyda “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

ATİAHİ Goranboy rayon komitəsinin təşkilatçılığı ilə “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat olub.
Tədbirdə Vətən müharibəsinin veteranı olan təhsil işçiləri iştirak ediblər. 
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ATİAHİ Goranboy rayon komitəsinin sədri Şahin Allahverdiyev bildirib ki, Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan Vətən müharibəsində ölkəmizin müəllimləri, təhsil işçiləri yaxından iştirak etdilər, onlar bu Zəfərin qazanılmasında böyük pay sahibi oldular: “Qəhrəman təhsil işçiləri” kitabının hazırlanmasında məqsəd də odur ki, onları cəmiyyətdə tanıdaq. Təhsil işçiləri müharibədə qəhrəmanlıqları ilə yadda qaldı, orden və medallarla təltif olundular. İtkilərimiz də oldu, müəllimlərimizi itirdik, amma inanırıq ki, onların əziz xatirəsi şagirdlərinin qəlbində daim yaşıyacaq və gəlləcək nəsillərə örnək olacaqlar”.
 
Goranboy-Naftalan Təhsil sektorunun müdiri Xəyal Məmmədov çıxışında kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib və bildirib ki, bütün sahələrin nümayəndələri kimi, müəllimlərimiz də Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad olunmasında böyük rəşadət göstərdilər. Şagirdlərinə hər zaman örnək olan müəllimlərimiz bu əməlləri ilə əsl qəhrəmanlıq dərsi keçdilər.
X.Məmmədov deyib ki, kitab həm indiki, həm də gələcək nəsillər üçün dəyərli vəsaitdir.
Tədbirdə çıxış edən Vətən müharibəsinin iştirakçıları onların fəaliyyətinə verilən yüksək dəyərə görə, minnətdarlıq ediblər və bildiriblər ki, hər zaman Vətənin müdafiəsinə hazırdırlar.
Sonda iştirakçılara “Qəhrəman təhsil işçiləri” kitabı hədiyyə olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo