ATİAHİ Goranboy rayon komitəsi Goranboy-Naftalan Təhsil sektoru ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.
Tədbirdə rayon məktəblərinin qadın müəllimləri iştirak ediblər. Rayon komitəsinin sədri Şahin Allahverdiyev dövlətimizin qadın siyasətindən, onlara olan diqqət və qayğıdan, yüksək vəzifələrdə təmsil olunmalarından, bütün sahələrdə əldə etdikləri uğurlardan danışaraq onları bayram münasibətilə təbrik edib.
Goranboy-Naftalan Təhsil sektorunun müdiri Xəyal Məmmədov qadınları təbrik edib, pedaqoji fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayıb.
Sonda qadınlara müxtəlif hədiyyələr təqdim olunub.