Goranboyda Müəllimlər Günü qeyd olunub

ATİAHİ Goranboy rayon komitəsi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Təhsil işçilərinin iştirak etdiyi tədbirdə rayon komitəsinin sədri çıxış edərək ölkədə təhsilin inkişafına dövlət dəstəyindən, prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu  islahatlardan və ölkənin  Birinci xanımı Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin Azərbaycan təhsilinə qazandırdığı uğurlardan danışıb. Müəllimləri bu əlamətdar gün münasibəti ilə təbrik edən komitə sədri təhsildə fərqlənən müəllimləri Fəxri fərmanla təltif edib, onlara hədiyyələr təqdim edib.
Bundan başqa, rayonun 3 №-li tam orta məktəbində Müəllimlər Günü qeyd olunub. Tədbirdə məktəbin ilk həmkarlar ittifaqının sədri Əli Qarayev çıxış edərək müəllimləri təbrik edib, rayon təhsilinin inkişafında onların xidmətlərindən bəhs edib. Sonda məktəbin bir qrup müəlliminə Fəxri fərman təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo