Goranboyda mini futbol üzrə rayon birinciliyinə yekun vurulub


ATİAHİ Goranboy rayon komitəsi və Goranboy-Naftalan rayonları üzrə Təhsil sektoru Uşaq Gənclər İdman Şahmat məktəbi ilə birgə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol yarışı keçiriblər.

Açılış mərasimində Goranboy rayon komitəsinin sədri Şahin Allahverdiyev, Təhsil sektorunun müdiri Xəyal Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Cəfər Verdiyev çıxış edərək Ulu Öndərin həm sovet, həm də müstəqillik dövründə xalqımızın həyatında gördüyü işlərdən danışıblar. Bildirilib ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan ümummilli lider Heydər Əliyev qısa zamanda misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu, mütərəqqi məhkəmə-hüquq islahatları ilə tariximizin parlaq səhifələrini yazdı. Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikcəsinə bacarırdı. O, hər zaman xalqının yanında idi, onu böyük bir izdiham müşayiət edirdi, hər bir vətəndaşa qayğı ilə yanaşırdı. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Dahi şəxsiyyət vətən üçün, xalq üçün doğuldu, ölkənin tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də, xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir.

Çıxışlardan sonra yarışlar start götürüb. Gərgin keçən rayon birinciliyi tamaşaçıların da marağına səbəb olub. Bir neçə gün davam edən qarşılaşmaların nəticələrinə görə, qalib gəlmiş komandalar Goranboy rayon komitəsi tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo