Goranboy şəhər 3 №-li tam orta məktəbin 7a sinfinə Vətən müharibəsi şəhidi Bəhruz Quliyevin adı verilib. Bu münasibətlə məktəbin İlk həmkarlar təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə məktəbin müəllimləri və şagirdlər, həmçinin şəhidin ailə üzvləri iştirak ediblər.
Çıxış edənlər B.Quliyevin məktəb həyatından, vətənpərvər ruhda böyüməsindən, nümunəvi davranışlarından, döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs ediblər.
Sonda şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.