ATİAHİ Goranboy rayon komitəsinin təşkilatçılığı ilə Goranboy-Naftalan Təhsil sektorunun tabeliyində olan Eyvazlılar kənd ümumi orta məktəbdə Ümumumilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ulu Öndərin həm sovet dönəmində, həm də müstəqillik dövründə ölkəmizə müdrik rəhbərliyindən, xalqımızın həyatında gördüyü işlərdən, xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən, həmkarlar ittifaqlarının inkişafında, sıralarının genişlənməsində, nüfuzunun artmasında göstərdiyi dəstəkdən danışıblar.
Bildirilib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmayacaq, əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.