Goranboyda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub
Goranboy şəhər 1 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Məktəb binası 1937-ci ildə tikilib, 40 sinif otağından ibarət olub. Ötən müddət ərzində məktəbin binası fiziki köhnəldiyindən və istifadəyə yararsız vəziyyətə düşdüyündən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 700 şagird yerlik yeni bina inşa edilib.
3 mərtəbəli 1 korpuslu məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.
Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları var.
Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Müəllim və şagirdlərin sevincinə valideynlər də şərik olublar. Onlar belə yüksək təhsil şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, eləcə də əməyi keçən hər kəsə minnətdarlıqlarını ifadə ediblər.



Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo