Goranboy rayonunda Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun əziz xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə rayonlararası turnir keşirilib.
Gənclər və idman sektoru, Uşaq Gənclər İdman Şahmat Məktəbi və ATİAHİ Goranboy rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda 11 şəhər və rayondan 150-yə yaxın idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıb. Goranboy rayonunun komandası xal hesabı ilə digər komandaları üstələyərək turnirin “Qalib komandası” adını qazanıb.