Goranboy şəhər 1 saylı tam orta məktəbdə yubiley tədbiri keçirildi
Goranboy rayon 1 saylı tam orta məktəbdə yubiley yaşı tamam olan müəllimlərlə görüş keçirilib. ATİAHİ Goranboy rayon komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə rayon komitəsinin sədri Şahin Allahverdiyev  şəhər  1 saylı tam orta məktəbin müəllimləri Mustafayeva  Xatirə  Hidayət qızı  və Bədəlova  Nazilə  Bədəl qızını yubileyləri münasibətilə təbrik edib. Onlara həmçinin ATİAHİ Goranboy rayon komitəsinin Fəxri Fərmanı və qiymətli  hədiyyələr təqdim edilib. Tədbir iştirakçıları rayon komitəsinə göstərilən  diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo