Goranboy rayon komitəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü  münasibətilə tədbir keçirilib
Martın 5-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ATİAHİ  Goranboy rayon komitəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü  münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon məktəblərinin qadın müəllimləri iştirak ediblər.
ATİAHİ Goranboy Rayon Komitəsinin  sədri Şahin Allahverdiyev çıxış edərək dövlətimizin qadın siyasətindən, onlara olan diqqət və qayğıdan, yüksək vəzifələrdə təmsil olunmalarından, bütün sahələrdə əldə etdikləri uğurlardan danışıb. Qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev heç vaxt Azərbaycan qadınlarını unutmur, hər qadınlar bayramında onlara təbrik ünvanlayır, bir qrupunu orden və medallarla təltif edir. Onun sözlərinə görə, bu, qadınlarımıza olan diqqətin təzahürüdür.
Goranboy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən Kifayət Rzayeva çıxışında qadınlarımızı təbrik edib, pedaqoji fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayıb.
Sonda qadınlara müxtəlif hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo