ATİAHİ Goranboy rayon komitəsi rayonun bir qrup təhsil işçisinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Şəki rayonuna səfərlərini təşkil edib. Tur zamanı rayonun tarixi-mədəni abidələri, o cümlədən Şəki Xan Sarayı ziyarət olunub, mənzərəli yerləri seyr edilib, süfrə açılıb, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib. Təhsil işçiləri yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər.