Goranboy rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə ATİAHİ Goranboy rayon komitəsinin və Təhsil sektorunun rəhbərliyi, müəllimlər və rayon ağsaqqalları iştirak ediblər.
Çıxış edənlər ölkədə təhsilin inkişafına dövlətimizin ayırdığı diqqətdən, müəllimlərin sosial müdafiəsinin möhkəmləndirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması, təltif olunması ilə bağlı Prezidentimizin verdiyi sərəncamlardan danışıb, bu sahənin dünya təhsil sisteminə inteqrasiyası üçün aparılan islahatlardan söz açıblar.
Müəllimlər onların fəaliyyətinə verilən yüksək qiymətə və göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür ediblər.
Sonda tədbirdə iştirak edən müəllimlərə fəxri fərman və hədiyyələr verilib.