02 fevral Gəclər Günü ilə bağlı ATİAHİ Goranboy rayon komitəsində tədbir keçirilib. Tədbirdə rayonun təhsil müəssisələrində çalışan gənc müəllimlər iştirak edib. Rayon komitəsinin sədri Şahin Allahverdiyev çıxış edərək gəncləri təbrik edib, onlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edib. Gənclər rayon komitəsinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.